CİYƏ
CİYƏR: QARA CİYƏR
OBASTAN VİKİ
Ağ ciyər
Ağ ciyər və ya öfgə — bəzi balıqlarda (ikitənəffuslülər, pəncəüzgəclilər, çoxüzgəçlilər), quruda yaşayan onurğalılarda və insanda hava tənəffüsü orqanı. Ağ ciyər hava ilə qan arasında qaz mübadiləsini təmin edir. İkitənəffüslülərdə ağciyər tənəffüs funksiyası daşıyan qoşa kisəcikdir. Çoxüzgəçlilərin ağciyəri hamardivarlı, çütdür. Quruda yaşayan onurğalıların ağciyəri qədim pəncəüzgəçli balıqların ağciyərindən əmələ gəlmiş və bədən boşluğunun ön hissəsindədir; məməlilərdə və insanda isə ağciyər diafraqmaiın inkişafı ilə əlaqədar əmələ gələn döş boşluğunda yerləşir. Ağciyəri seroz qişa — plevra ortüyü var. Adətən, cüt olur, lakin ayaqsız amfibiyalarda, ayaqsız kərtənkələlərdə və ilanlarda ağciyərin biri (çox vaxt soldakı) reduksiyaya uğramışdır. Ciyərsiz salamandrların ağciyəri yoxdur. Suda-quruda yaşayanlarda hava ağız boşluğu dibinin ritmik hərəkəti ilə ağciyərə qovulur. Ali heyvanlarda (amniotlarda) hərəkətli döş qəfəsi genişləndikcə hava ağciyərə sorulur.
Ağ ciyər adenomatozu
Ağ ciyər adenomatozu – qoyunlarda, bəzən keçilərdə və s. heyvanlarda ləng inkişaf edən infeksion xəstəlik. Ağ ciyərdə şiş əmələ gəlməsi ilə xarakterizə olunur. İlk dəfə 1825-ci ildə Cənubi Afrikada təsvir edilmiş, 1894-cü ildə isə Ağ ciyər adenomatozu adı ilə Böyük Britaniyada qeydə alınmışdır. Avstraliyadan başqa bütün qitələrdə məlumdur. Yoluxma mənbəyi xəstə heyvanlardır. İnkubasiya dövrü bir neçə ildir, çox vaxt 4–9 ay çəkir. Diaqnoz klinik əlamətlərə görə qoyulur məsələn tənəffüs zamanı fitə bənzər səslərin çıxması, burundan çoxlu ifrazatın axması və s. laboratoriya üsulu və patoloji anatomik yarma ilə təsdiq olunur. Müalicəsi işlənilməmişdir.
Ağ ciyər emfizeması
Ağ ciyər emfizeması – ağ ciyər toxumasının elastikliyinin azalması nəticəsində havalılığının artması, ventilyasiyası və qan dövranının pozulması ilə xarakterizə olunan xəstəlik. Ağ ciyər emfizeması ağ ciyərlərin kəskin və xroniki xəstəlikləri -bronxitlər, bronxial astma, xroniki pnevmoniya, ağ ciyərin peşə xəstəlikləri və s. nəticəsində baş verə bilər. Xəstəliyin inkişafında alveoldaxili təzyiqi yüksəldən amillər, ağ ciyər toxuması elastikliyinin yaşla əlaqədar dəyişmələri də böyük rol oynayır. === Əlamətləri: === Ekspirator tipli təngnəfəslik (xəstə nəfəsi güclə “verır”), öskürək, sifətin şişkinləşməsi və s. === Müalicəsi: === Tənəffüs çatışmazlığının aradan qaldırılması, Ağ ciyər emfizemasına səbəb olan əsas xəstəliyin müalicəsi, bədən tərbiyəsi, iqlim terapiyası. Profilaktikası: bronxit və ağ ciyər iltihabını törədən səbəbləri aradan qaldırmaq, idmanla məşğul olmaq, tütün məmulatlarından və spirtli içkilərdən imtina etmək. == Mənbə: == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi.
Ağ ciyər qanaxması
Ağ ciyər qanaxması, heyvanlarda – əsasən, idman atları və ov itlərində təsadüf edilən xəstəlikdir. === Etiologiyası: === Uzaq məsafələrə qaçış zamanı ağ ciyərlərin həddindən artıq gərginləşməsi, ağ ciyər pnevmoniyası və emfizemasının ağırlaşması, döş qəfəsi nahiyəsinin travması, dərin yaralar, itlərdə vərəm ağırlaşmalarıdır. === Əlamətləri: === Öskürək zamanı burun dəliklərindən güclənən xırda köpüklü qanlı mayenin axması, ağ ciyər nahiyəsində xırda qovuqcuqlu yaş xırıltı.Diaqnozu klinik əlamətlərə əsasən qoyulur. === Müalicəsi: === Heyvanı mülayim sərin yerdə saxlamaq. Öskürəyi pektusin, yaxud dioninlə sakitləşdirmək. Bərk qanaxma zamanı qanın özlülüyünü və laxtalanmasını artıran dərmanlar (kalsium-xlorid, K vitamini) vermək lazımdır. == Mənbə: == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009.
Ciyər axşamı
Ciyər axşamı — Azərbaycanda toy adətlərindən biri. Bəzi yerlərdə ona toy axşamı da deyirlər. Ciyər axşamı Azərbaycan toylarının təşkili ilə bağlı həyata keçirilən mərasimlərdən biridir — bu zəhmətkeş insanların yardımlaşma mərasimi və toyda çəkdikləri əziyyətin bəhrəsini gördükləri məclisdir. Ciyər axşamı toplum olaraq yardımlaşmağın da ən gözəl nümunələrindən biridir. Ciyər axşamına əsasən rayonlarıda daha çox rast gəlinir, xüsusilə də kənd yerlərində bu məclis geniş yayılıb. Şəhər toylarında isə bu ənənəyə son dövrlərdə çox nadir hallarda rast gəlinir. Ciyər axşamının iştirakçıları məhdud sayda, ilk növbədə də toy üçün heyvan kəsimində iştirak edən şəxlərdən və bəyin ən yaxın qohum və qonşularından, sağdışı, solduşu olan dostlarından ibarət olur. Toy üçün ət tədarükü görüldükdən sonra toy mağarının qurulmasında zəhmət çəkənlər üçün, heyvanların kəsilməsində, ətin doğranmasında iştirak edənlər üçün kəsilən heyvanın toyda istifadə olunmayacaq ciyər-içalat hissələrindən, bəzən ətindən də yemək bişirilir. Ciyər axşamında həm də toyun ssenarisi və toyla bağlı digər məsələlər də müzakirə olunur. Mövcud problemlərin və yarana biləcək problemlərin aradan qaldırılması üçün məsləhətləşmələr aparılır.
Ciyər kababı
Ciyər kababı – Azərbaycan və Türkiyə mətbəxində ciyərdən hazırlanan kabab növü. == Haqqında == Ciyər kəbabı həm şişdə, həm də boşqabda servis edilə bilər. Türkiyənin hansısa bölgəsi üçün spesifik xörək deyil, lakin Qaziantep və Diyarbəkir şəhərlərində daha çox bişirilir. Qaziantepdə ciyər kababı lavaşda servis edilir, üzərinə nanə, bibər əlavə olunur. Diyarbəkirdə səhər yeməyi hesab olunur. == Hazırlanması == Ciyər kababının hazırlanmasında qoyun qaraciyərindən, sumaqdan və duzdan istifadə olunur. Qaraciyər pərdələrdən azad edilib kub formalı tikəciklərə, eyni zamanda da qoyun quyruğu tikəciklərə doğranır, növbə ilə şişə taxılır. Manqalda qızartmazdan əvvəl kababa duzlu su səpilir. Hazır olduqda bunun yanında süfrəyə göyərti və sumaq verilir.
Ciyər parçalanması
Sirroz - Qaraciyər löbüllerinin bağ toxumaları vasitəçiliyi ilə köçürülməsi. Sirroz qaraciyər toxumasının çapıqlaşmasını təsvir edən bir anlayışdır. Sirroz zamanı qaraciyərin normal fəaliyyətini təmin edən hüceyrələrin miqdarı azalır və onların yerini çapıq toxuması tutur. Qaraciyərdə çapıqlaşma fərqli səbəblərdən baş verən iltihabi proses nəticəsində formlaşır. Sirrozun ilkin mərhələlərində qaraciyər öz normal funksiyalarını yerinə yetirir. Amma sirrotik dəyişikliklər artdıqca qaraciyər orqanizm üçün həyati vaciblik daşıyan funksiyalarının həyata keçirə bilmir. Sirroza bir çox fərqli təriflər verilmişdir. Bunlar arasında ən yaxşı tərif "Qaraciyərin böyük bir sahəsini əhatə edən, normal qurluşunun yerində anormal nodüllerin görünməsi ilə xarakterizə olunan bir dəyişmə" olaraq təyin edən Dünya Sağlamlıq Təşkilatına aid tərifdir. Bu tərifin içinə regenerator ilə damarlanmada və qan axınındakı dəyişikliklər daxildır. Çünki, düyünlərdə hər vaxt regenerator tapıntıları görülməyə bilər; həqiqi regenerator düyünlər xəstəliyin irəli mərhələlərində rast gəlinər.
Ciyər paşteti
Paştet (alm. Раstеtе‎) == Ərzaqlar == 1 kilo qaraciyər (qoyun və ya mal) 2 xörək qaşığı bitki və ya kərə yağı (soğan qızartmaq üçün) 1 böyük baş soğan¸ xırda doğranmış 2 orta boy yerkökü¸ soyutma bişirilmiş və təmizlənmiş Duz İstiot 2/3 çay fincanı (170 qram) kərə yağı¸ yumşaldılmış (əritməyin!) Bu ruleti toyuq ciyərindən də hazırlamaq olar. Nəzərə alın ki¸ toyuq ciyəri suda qoyun və ya mal ciyərindən daha tez bişir. == Hazırlanma qaydası == 1. Ciyəri yaxşıca təmizləyib orta ölçüdə tikələrə kəsin. Qazana təxminən 6 çay fincanı su toküb¸ ciyərləri o suda 20 dəqiqə və ya tam bişənə qədər qaynadın. Tez tez kəfini yığın. Bişmiş ciyəri süzün və blender və ya ət maşınından püre halına gələnə kimi keçirin. Kənara qoyun. 2.
Qara ciyər
Qaraciyər (yun. hepar, lat. jecur) — insanda uzunsov dördbucaq şəklində, yastı və tutqun qırmızı rəngdə və 1500 qram ağırlığında olan vacib orqan. Qaraciyər asan kəsilir və didilir; ona görə çox vaxt yüngül bir təzyiqdən və ya zədədən tez parçalanır. Bədəndən çıxarılmış qaraciyər yumuşaq olduğu üçün öz şəklini itirir. Qaraciyərin iki səthi: yuxarı çıxıq diafraqma səthi – lat. facies diaphragmatica (facies superior – BNA) və aşağı basıq visseral səthi – lat. facies visceralis (facies inferior – BNA). Yuxarı səthi peritondan əmələ gəlmiş lat. lig.
Ağ Ciyər Xəstəlikləri İnstitutu
Ağ ciyər xəstəlikləri institutu, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutu – 1946 ildə Bakıda Elmi Tədqiqat Vərəm İnstitutu adı ilə təşkil edilmişdir. 1988–1999 illərdə Elmi Tədqiqat Ftiziatriya və Pulmonologiya İnstitutu adlandırılmışdır. Tədqiqatları respublikada vərəmlə mübarizənin təşkilinə, bakterioloji müayinə üsulunun inkişafına, bronxun və ağ ciyərin qeyri-spesifik, onkoloji və vərəm xəstəliyinin differensial-diaqnostik problemlərinə, onların spesifik və qeyri-spesifik xəstəliklərinin müalicə metodlarının təkmilləşdirilməsinə, yeni üsullarla müalicəsi problemlərinə, vərəm xəstəliyinin azaldılması yollarının elmi əsaslarınının öyrənilməsinə və s. məsələlərə həsr olunmuşdur. İnstitut vərəm xəstəliyinə qarşı müalicə-profilaktika tədbirləri də hazırlayır. Respublikada vərəmlə mübarizədə M.N.Qədirli, Y.M.Qaziyev, F.M.Vəkilov, F.M. İsmayılov, M.Novruzov və başqalarının rolu olmuşdur. Azərbaycanda ftizio-cərrahlığın pioneri sayılan Fuad Əlaəddin oğlu Əfəndiyev respublikada ilk dəfə ağ ciyər vərəmini cərrahi üsulla müalicə etmişdir. İnstitutun vərəm terapiyası, pulmonologiya, uşaq vərəmi, ağciyərdənkənar orqanlarda vərəm, ftizio cərrahiyyə, torakal cərrahiyyə, bronxoloji, müalicə-reabilitasiya, funksional diaqnostika, ambulator diaqnostika, anesteziologiya və reanimasiya, elmi informasiya şöbələri, bakterioloji, biokimyəvi, klinik, immunoloji və sitomorfoloji laboratoriyaları, uroloji, ginekoloji, burun-boğaz-qulaq xəstəlikləri kabinetləri; elmi kitabxanası var. İnstitutda 2 elmlər doktoru və 23 elmlər namizədi işləyir. Aspiranturası və klinik ordinaturası var.
Qara ciyər kababı
Ciyər kababı – Azərbaycan və Türkiyə mətbəxində ciyərdən hazırlanan kabab növü. == Haqqında == Ciyər kəbabı həm şişdə, həm də boşqabda servis edilə bilər. Türkiyənin hansısa bölgəsi üçün spesifik xörək deyil, lakin Qaziantep və Diyarbəkir şəhərlərində daha çox bişirilir. Qaziantepdə ciyər kababı lavaşda servis edilir, üzərinə nanə, bibər əlavə olunur. Diyarbəkirdə səhər yeməyi hesab olunur. == Hazırlanması == Ciyər kababının hazırlanmasında qoyun qaraciyərindən, sumaqdan və duzdan istifadə olunur. Qaraciyər pərdələrdən azad edilib kub formalı tikəciklərə, eyni zamanda da qoyun quyruğu tikəciklərə doğranır, növbə ilə şişə taxılır. Manqalda qızartmazdan əvvəl kababa duzlu su səpilir. Hazır olduqda bunun yanında süfrəyə göyərti və sumaq verilir.
Ağ – rənglərdən biri. == İnam və etiqadlarda == Yüngül, soyuq rəngdir. Sakitləşdirici təsirə malikdir. Bütün tünd rənglərlə əla görünür. Ayı tərənnüm edir. Avropa ölkələrinin əhalisi üçün ağ rəng cavanlığı, təmizliyi, nöqsansızlığı, bir sıra Şərq ölkələri, o cümlədən Yaponiyada və Çində matəmi və təhlükəni bildirir. İnsanın enerji sistemini tarazlaşdırır. Yaradıcılıq hisslərini büruzə verir.İstisna hallar hesaba alınmazsa, ağ rəng dünyanın bütün xalqlarında, xatırlatdığımız kimi, uğur, xoşbəxtlik, paklıq, düzlük, ehtiram və s. bildirir. Hətta bütün rənglərin ağ rəngdən törəməsi fikri də var və bu səbəbdən o, "ana rəng" adlanır.
Ağ-göy-ağ bayraq
Ağ-göy-ağ bayraq — üç bərabər üfüqi zolaqdan (ağ, göy və ağ) ibarət bayraq. Bu bayraq Rusiyanın Ukraynaya təcavüzündən sonra Rusiyada müharibə əleyhinə etirazların simvoluna çevrilib. Bayraq 2022-ci ilin əvvəlində müharibə əleyhinə etirazların simvolu kimi Rusiyadakı müxalifət qüvvələri arasında geniş yayılıb. Fəalların fikrincə, bayraq ilk növbədə insanları sülh və azadlıq uğrunda birləşdirən simvoldur. == Tarixi == Ağ-göy-ağ bayrağın istifadə edildiyi ilk məlum yer 2006-cı ildə meydana çıxan Novqorod Respublikasının virtual dövlətinin internet saytı (“Noveqradeskaya Respublika”) olmuşdur. Bayraq Velikiy Novqorodun o vaxtkı rəsmi bayrağına əsaslanırdı. Saytın yaradıcısı, amerikalı proqramçı Martin Posthyumusun sözlərinə görə, layihə Novqorod Respublikasının qoşunlarının Şelon döyüşündə Moskva Knyazlığının qoşunlarını məğlub etdiyi alternativ tarixin nümunəsi kimi düşünülmüşdür.İlk dəfə 22 avqust 2019-cu ildə LiveJournal istifadəçisi Andrey Çudinov tərəfindən Rusiyanın alternativ bayrağı kimi istifadə edilməsi təklif edilib.Bu bayraqdan müharibə əleyhinə etirazın simvolu kimi istifadə edilməsi 28 fevral 2022-ci ildə Tvitter istifadəçilərindən biri tərəfindən təklif edilmişdi. Bundan sonra bu bayraqdan, müharibə əleyhinə çıxış edən müxalifət qüvvələri istifadə etməyə başladılar. Bayraq qısa müddətdə mitinqlərdə, yürüşlərdə, nümayişlər və digər etiraz hərəkətlərində, bununla bağlı rəsmlərdə və plakatlarda geniş istifadə olunub. Bu bayraqdan Tiflis, Kipr, Nyu-York, Krakov, Vyana, London, Hollandiya, Praqa, Toronto, Berlin, Barselona, Düsseldorf, Helsinki, Oslo və Yekaterinburq və digər yerlərdə baş tutmuş Rusiyanın Ukraynaya müdaxiləsinə qarşı olan mitinqlərdə də istifadə olunub.
Ağ qalınalın
Ağ qalınalın, (lat. Hypophthalmichthys molitrix) — sürü halında yaşayan epipelegial balıq. Əsasən Amur çayı hövzəsində yayılmışdır. Soverlər dönəmində Volqa, Dnepr, Don, Terek, Kuban çayaları, Aral dənizninə daxil olan çaylar üzərində yerləşən su anbarlarına buraxılmışdır. Bu əsasən həmin növün təbii arealında olan çaylar olmuşdur. Balxaş gölündə belə meşahidə edilirlər. Kürüləmə dövrü iri çaylarda suyun temperaturu 25 °C (iyun-iyul) olduqda baş tutur. Kürünün inkişafı bir neçə gün davam edir. 100 sm uzunluğa və 40 kq çəyiyə sahib ola bilir. Qışı dərinliklərdə yataraq keçirir.
Ağ qargiləmeyvə
Ağ qargiləmeyvə (lat. Symphoricarpos albus) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin qargiləmeyvə cinsinə aid bitki növü. == Təbii yayılması == Şimаli Аmеrikаnın mеşə zоnаsındа yаyılmışdır. Hündürlüyü 1,5-2 m оlаn аlçаqbоy budаqlı kоldur. Оduncаğı yаşımtıl-аğdır. Zоğlаrı nаzik, bоz-qоnur və yа qоnur rənglidir. Tumurcuqlаrı kоnusvаri, хırdа, 1-2 mm, uzunluğundа, qırmızı-qоnur çаlаrlıdır. == Botaniki təsviri == Yаrpаqlаrı yumurtаşəkilli və yа оvаl fоrmаlı оlub, uzunluğu 2-6 sm-dir. Ucu küt və yа biz, bünövrəsi yumru, sаplаğı qısаdır. Yаrpаq аyаlаrının üstü tünd yаşıl, аlt hissəsi isə аçıq yаşıldır, çılpаq və yа аz tüklü, kənаrlаrı bütöv və yа zəif görünən çıхıntılıdır.
Ağ qargülü
Ağ qargülü, qar xədicəgülü (lat. Galanthus nivalis) — xədicəgülü cinsinə aid bitki növü.
Ağ qaytarma
Ağ qaytarma (lat. Potentilla alba) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin qaytarma cinsinə aid bitki növü.
Ağ qaz
Ağ qaz (lat. Anser caerulescens) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qaz (quş) cinsinə aid heyvan növü. == Yarımnövləri == C. c. caerulescens C. c.
Ağ qağayı
Ağ qağayı (lat. Pagophila) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinə aid heyvan cinsi.
Ağ qovaq
Ağ qovaq — Təbii halda Şimali Afrika, Avropa, Asiyada, mədəni halda Avropa, Asiya, Şimali Amerikada rast gəlinir. == Botaniki təsviri == Hündürlüyü 30–35 m, gövdəsinin diametri 2 m-dək olan, çadırvari, enli çətirli, kök boğazından budaqlanan ağacdır. Tez böyüyür, 30–40 yaşında 20–25 m hündürlüyə çatır, gövdəsinin diametri 0,5 m-dək olur. İri budaqlarda gövdənin qabığı boz-yaşıl, hamar; cavan zoğlarda ağ keçəli; yaşlılarda qabığı dərin yarıqlı, tünd boz və ya qaradır. Tumurcuqları xırda, uzunluğu 0,5 sm-dək, parlaq, yapışqanlı deyildir. Yarpaqları möhkəm, üstü tünd yaşıl, parlaq, gümüşü, yumurtavari yumru və ya üçkünc, alt tərəfi tükcüklü, ağ keçəvaridir. Yarpaqları uzun zoğlarda 3–5 barmaqvari-ələkvari, uzunluğu 4–12 sm, eni 2,5–10 sm-dir. Qısa zoğlarda yerləşən yarpaqlar yumru barmaqvari və ya 3–5 künclüdür. Saplaqları silindrik, tükcüklü, çox vaxt 2–3 dəfə yarpaq ayasından qısadır. Payızda yarpaqların əksər hissəsi yaşıl halda, az hissəsi limonlu-sarı rəngə boyanaraq tökülür.
Ağ qızıl
Ağqızıl və ya Platin (Pt') – kimyəvi element. Elementlərin dövri sisteminin VIII qrupundadır, atom nömrəsi 78, atom kütləsi 195,09-dur. Təbii platin 190Pt (0,0127%), 192Pt (0,78%), 194Pt (32,9%), 195Pt (33,8%), 196Pt (25,2%) və 198Pt (7,23%) izotoplarının qarışığından ibarətdir. Platin insana hələ qədimdən (Misir, Həbəşistan və s.) məlum idi. Külçə platin nümunələri 18 əsrin ortalarında Avropaya gətirilmiş, saf platin metalı isə ancaq 19 əsrin birinci yarısında alınmışdır. Platin çox nadir elementdir. Yer qabığında miqdarı 10−6%-dir. Təbiətdə, əsasən, dəmir, palladium, iridium, rodium, mis və ya nikellə birlikdə tapılır, onlarda platinin miqdarı 65-dən 94%-ə qədərdir. Ən çox yayılmış mineralları poliksen, ferroplatin və palladiumlu platindir. Platin, gümüşü ağ rəngli, çox ağır, dəyərli bir metaldır.
Ağ qızılbalıq
Ağ qızılbalıq (lat. Stenodus leucichthys) — xordalılar tipinin kosmopolit növü olub, qiymətli vətəgə balığıdır. == Morfoloji əlamətləri == Başı balacadır, ağzı orta ölçüdədir, alt çənə üst çənədən bir qədər uzun olur. Pulcuqları iridir, yan xətt orqanında onların sayı 120 dən azdır. Bədəninin rəngi gümüşüdür. Qəlsəmə dişciklərinin sayı 19-26 (22.7), qəlsəmə şüaları 8-11, fəqərələri 65-68 ədəd arasında dəyişir. Uzunluğu 120.0 sm, kütləsi 12.0-kq-a qədər olur. == Yaşayış yeri və həyat tərzi == Yarımkeçici balıq olub, yay fəslində dənizin (Xəzərin) orta və cənub hissəsinin 20-50 m dərinliyində yaşayır, çoxalmaq üçün çayların, xüsusilə Volqa çayının ən yuxarı hissələrinə qalxır. Əksər fərdləri 8-10 ilədək yaşayır. Yırtıcı balıqdır.
Ağ qızılgül
Ağ qızılgül (lat. Rosa alba) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. == Təbii yayılması == Sibir, Avropa, Asiya və Şimali Amerikada yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 2-3 m olan koldur. Budaqları və gövdəsi möhkəm, qarmaqvari tikanlarla örtülmüşdür. Yarpaqları ellipsvari və ya tərs yumurtavari olmaqla 3-5 ədəddir. Yarpaqcıqlarının kənarı zəif dişlidir. Üst və alt hissədən zəif tükcüklərlə örtülüdür. Çiçəkləməsi may ayının əvvəllərindən başlayaraq iyun ayının axırına qədər davam edir. Bu növ vegetasiya müddətində bir dəfə çiçəkləyir.
Ağ şam
Ağ şam (lat. Abies) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Ağ şamağacının Qafqazda bir növü bitir. Həmin növdə Qafqaz aşırımında bitir. Ağ şamağacı 600-700 il yaşayır. Hündürlüyü 55 metrə çatır. Bəzi növlərinin oduncağından musiqi alətləri, mebel hazırlanmasında, sellüloz istehsalında istifadə edilir. Qabığında çoxlu miqdarda qatran vardır. Ağ şamağacının yağı sintetik kamfora almaq üçün xammaldır. Qafqazın qara dəniz sahillərində yaşıllaşdırma məqsədilə əkilir.
Ağ əspərək
Ağ əspərək (lat. Reseda alba) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin əspərəkkimilər fəsiləsinin əspərək cinsinə aid bitki növü.